gomruk temsilciliyi ve gomruk temsilcisi

Gömrük Brokeri Anlayışı, Gömrük Təmsilçiliyi və Gömrük Təmsilçisi

“Gömrük brokeri” anlayışı bir əsrdən artıqdır ki, xarici iqtisadi fəaliyyət sahəsində istifadə edilən anlayışlardandır. Əksər dünya ölkələrində mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi gömrük brokerlərinin iştirakı ilə aparılır. Gömrük qanunvericiliyinə əsasən gömrük sərhədindən keçirilən bütün malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üçün hər kəs eyni hüquqa malikdirlər, yəni hər kəs-istər fiziki şəxslər, istərsə də kommersiya […]