Bəyanetmə xidməti

  1. Sizin sorğunuzu təxirə salınmadan qəbul edir;
  2. Mal-müşayiət sənədlərini, mallar ölkəyə idxal olunmamışdan əvvəl yoxlayır, səhvləri üzə çıxarır və onların aradan qaldırılmasına dəstək olur, çatışmayan sənədlərin əldə edilməsinə köməklik göstərir;
  3. Yükləmə spesifikasiyası, mal-müşaiyət sənədlərini (CMR, TIR carnet, invoys və s.) tərtib edir;
  4. Bütün növ elektron gömrük bəyannamələrini (o cümlədən qısa idxal bəyannaməsi) dəqiq, dolğun və qısa zaman dilimində tərtib edir və müvafiq gömrük orqanına ötürür;
  5. Xarici iqtisadi müqavilələri hazırlayır;
  6. Malların xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə kodlarını və müvafiq gömrük rüsumlarının müəyyən edir;
  7. İdxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirilmə üçün tələb edilən digər sənədləri (mənşə sertifikatı, fitosanitar sertifikat, baytarlıq sertifikatı, gigiyenik sertifikat və s.) və o cümlədən icazə və rəyləri (idxal karantin icazəsi, QT sertifikatları, baytarlıq icazə sənədi) əldə edir.