RAHİB HÜSEYNLİ

Hüseynli Rahib Namiq oğlu 01 fevral 1981-ci ildə Naxçıvan MR Şərur rayonu Cəlilkəndində anadan olmuş, orta təhsilini 1998-ci ildə C.Məmmədquluzadə adına Cəlilkənd orta məktəbində fərqlənmə attestatı ilə başa vurduqdan sonra elə həmin ildə Naxçıvan Dövlət Universitetinin “İqtisad-hüquq” fakultəsi, “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisasına qəbul olmuşdur. 2002-ci ildə həmin universitetin bakalavriat, 2005-ci ildə isə magistratura pilləsini öz ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat və tənzimləmə” kafedrasına müəllim kimi təyinat almışdır. Bundan sonra 2005-2011-ci illər arasında gömrük, fövqəladə hallar və vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildən etibarən özəl sektorda fəaliyyət göstərməkdədir. 2016-ci ildə gömrük təmsilçiliyi (broker) sahəsində peşəkar şirkət olan “SR Broker” MMC-ni təsis etmiş, hal-hazırda direktoru vəzifəsini icra etməkdədir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatına sahibdir.

Ailəlidir, üç övladı var.