Məlum olduğu kimi dünyada yeni növ koronavirus pandemiyası tüğyan etməkdədir. Bunun qarşısının alınması üçün dövlətimiz tərəfindən bütün lazımi tədbirlər görülməkdədir. “SR Broker ” şirkəti olaraq biz də öz xidmətlərimizi bu tədbirlərə uyğunlaşdırdıq. Belə ki, gömrük rəsmiləşdirilməsi ilə bağlı bütün xidmətlərimizi fiziki təmas olmadan, distant qaydada həyata keçiririk. Siz sifarişinizi məsafədən telefon, e-mail və digər elektron vasitələrlə edə bilərsiniz. SR Broker şirkəti sizin əvəzinizdən mallarınızı bəyan edərək gömrük orqanlarına ötürür, online qaydada bütün ödnişlərinizin edilməsini həyata keçirir və mallarınızı tam rəsmiləşdirərək sizə təhvil verir.

Biz birlikdə güclüyük! Evdə qalın! Sağlam olun!