gomrük prosedurlari ve gomruk nezaretinin heyata kecirilmesi

Gömrük Prosedurları və Gömrük Nəzarətinin Həyata Keçirilməsi Mərhələləri

Gömrük nəzarəti dedikdə – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. Gömrük prosedurları zamanı şəxlər tərəfindən gömrük qanunvericiliyinin pozluması ehtimalının qarşısının alınması və qanunvericiliyin tələblərini yerinə yetirən xarici ticarət iştirakçılarının mənafeyinin qorunmasını təmin etmək gömrük orqanlarının əsas vəzifələrindəndir. Burdan belə anlamaq olar ki, hər hansı bir qanun pozuntusu edən şəxsin, gömrük orqanlarının nəzarətindən yayınmaqla, bəyan etmədən, qaçaqmalçılıq yolu ilə gömrük ərazisinə gətirdiyi mallar, qanuni tələblərə uyğun gətirilən mallar üzərində heç bir kölgə iqtisadiyatı yaratmamalıdır və bu kimi halların qarşısının alınmasında gömrük orqanların mühüm rolu vardır.

Gömrük nəzarətinin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:
-nəqliyyat sənədləri;
-mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks etdirən bəyannamə.

Gömrük nəzarət prosedurları malların və nəqliyyat vasitələrinin gömrük sərhədini keçərək gömrük ərazisinə faktiki daxil olduğu andan və ya gömrük ərazisini tərk etmək məqsədi ilə gömrük sərhəd buraxılış məntəqəsinə daxil olduğu andan başlanılır. Bu zaman şəxs gətirdiyi malların və yaxud apardığı mallar üzərində hər hansı bir öhdəlik varsa, bu öhdəlik bitənədək mallar gömrük nəzaritində qalacaqdır. Gömrük nəzarətinin həyata keçirilməsi mərhələləri zamanı gətirilən mallar üçün ödənilməli olan bütün vergi və rüsumlar ödənildikdən və rəsimləşdirmə üçün lazım olan icazə sənədləri verildikdən sonra bitir. Şəxs gömrük proseduru seçmək istəməzsə mallar ölkə ərazisindən çıxarılmalı, dövlət xeyrinə imtina etməli, yaxud malları məhv edilməsi əmliyatlarından birini seçməlidir.
Gömrük sərhəd buraxılış məntəqələrində mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti bir-birini tamamlayan üç gömrük prosedurları həyata keçirilir:

1. Malları və nəqliyyat vasitələrini gömrük orqanına təqdim edən şəxs tərəfindən məlumatlandırma (bundan sonra – məlumatlandırma) və gömrük orqanları tərəfindən qeydiyyat

2.Sənədli nəzarət

3. Çatdırılmaya nəzarət

-Gömrük prosudurları məlumatlandırma və qeydiyyat mərhələsi malların və nəqliyyat vasitələrinin gömrük sərhədini keçərək gömrük ərazisinə faktiki daxil olduğu andan və ya gömrük ərazisini tərk etmək məqsədi ilə gömrük sərhəd buraxılış məntəqəsinə daxil olduğu andan başlanılır. Məlumatlandırma və qeydiyyat mərhələsinə aid hərəkətlər aşağıdakılardır:
1.1. Gömrük ərazisinə gələn (gömrük ərazisindən çıxan) nəqliyyat vasitələrinin bilavasitə gömrük sərhəd buraxılış məntəqəsinə daxil olmasına icazə verilməsi,
1.2. Gömrük nəzarəti məqsədi ilə gömrük orqanlarına təqdim edilməsi tələb olunan, mallar və nəqliyyat vasitələri barədə məlumatları əks etdirən sənədlərin gömrük prosedurları zamanı qəbul edilməsi,
1.3. Nəqliyyat vasitələri üzərində gömrük baxışının keçirilməsi, nəqliyyat vasitələri üzərində gömrük baxışının nəticəsi üzrə gömrük qaydalarının pozulması və ya digər risk halları müəyyən edildikdə, gömrük yoxlanılmasının aparılması,
1.4.Şəxsi yoxlama aparıldıqda, bu barədə protokolun tərtib olunması,
1.5.Mallara və nəqliyyat vasitələrinə dair məlumatların qeydiyyatının aparılması
Burdan belə aydın olur ki, bu mərhələ gömrük nəzarətinin ilkin mərhələsi kimi şəxs, mallar və nəqliyyat vasirələrini gömrük ərazsinə gətirmək və yaxud aparmaq istədiyi zaman lazım olan qanununi tələbləri yerinə yetirməli və sənədləri gömrük nəzarətini həyata keçirmək üçün təqdim etməlidir. Təqdim olunan sənədlər əsasında hər hansı şübhə yarandığı halda, mallar və nəqliyyat vasitələr üzərində gömürük baxışı keçirlir. Şəxslər üzərində isə şəxsi yoxlama aparlır ki, bu yoxlama gömrük nəzarətinin müstəsna halı kimi, yalnız gömrük orqanın rəisi və yaxud onu əvəz edən şəxsin icazə ilə aparıla bilər.
– Sənədli nəzarət, gömrük prosedurları əsasında gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə nəzarət tədbirlərinin həyata keçirilməsidir. Adından da başa düşdüyümüz kimi bu mərhələdə əsasən mallar və nəqliyyat vastələri ilə birlikdə təqdim olunan sənədlərin mövcüdluğu və həqiqiliyi yoxlanılır.
Bu sənədlər aşağıdakılardır:
1.Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar və sanitariya nəzarəti məqsədi ilə sənədlərin, həmçinin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq konvensiyalarla və müqavilələrlə müəyyən olunmuş sənədlər,
2.Gömrük orqanlarına təqdim edilmiş malların və nəqliyyat vasitələrinin sənədlərdə göstərilən məlumatlarla uyğunluğunun müəyyən edilməsi,
3. Yol vergilərinin hesablanması, icazə blanklarının verilməsi və onlara nəzarət,
4. Ödənilməli olan gömrük ödənişlərinin alınmasının təmin edilməsi,
5. Əqli mülkiyyət hüquqlarının qorunması üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi.
6. Bununla belə qanunvericiliyə uyğün gətirilən malların koduna, texniki xüsusiyətlərinə, tərkibinə görə digər xüsusi icazə sənədləri.
-Çatdırılmaya nəzarət mərhələsi gömrük nəzarətində olan malların və nəqliyyat vasitələrinin, o cümlədən onlara dair sənədlərin gömrük ərazisində yerləşən göndərən gömrük orqanından təyinat gömrük orqanına çatdırılmasına nəzarəti əhatə edir və iki gömrük orqanı arasında daşınan mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydaları əsasında təşkil olunur. Bu mərhələni qısa desək, gömrük nəzarətində olan malların təyin olunan məntəqəyə gömrük nəzarəti altında çatdırılması kimi başa düşə bilərik. Çatdırmaya nəzarət mərhələsinə aid edilən hərəkətlər aşağıdakılardır:
1. gömrük nəzarətindən keçən malların və nəqliyyat vasitələrinin digər gömrük orqanına çatdırılması üçün sənədləşdirmənin aparılması;
2. çatdırılma üzrə müəyyən olunmuş müddətlərə nəzarət edilməsi;
3. gömrük ərazisini tərk etmək məqsədi ilə gömrük nəzarəti zonasına daxil olan nəqliyyat vasitələrinin faktiki çıxışının təsdiq edilməsi.
Bu proseslərə nəzarət etmək üçün nəqliyyat vastələrinə “GPS” qurğuları taxılmaqla nəzrətdə saxlamaq olur. Əgər nəqliyyat vasitəsində hər hansı təhlükə və ya gömrük riski şübhəsi olarsa bu zaman gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə təyinat yerinədək gömrük müşayəti aparlır. Əgər “GPS” qurğusunun taxılmasına görə nəqliyat vastəsinin gömrük nəzarətində saxlanılmasın hər 24 saatına görə 10 manat təşkil edirsə, gömrük müşayətinə görə bu rəqəm təyinat məntəqəsinə çatdırılmaqla 100 manat təşkil edir.
Gömrük orqanları, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizlik sisteminin ən vacib həlqələrindən birini təşkil edir. Belə ki, gömrük prosdurları zamanı bu orqanlar yerli istehsalçıların mənafeyini qoruyur, ölkə əraizindən xalqların tarixi və mədəni sərvətlərinin qanunsuz giriş-çıxışını məhdudlaşdırır, daxili bazarı tənzimləyir, ən vacibi isə qaçaqmalçılıqla mübarizə aparır. Qaçaqmalçılıq indiki dövrdə elə bir həddə çatıb ki, cinayətkarlar hər gün yeni bir yola əl atır. Bu kimi halların qarşısını almaq nə qədər çətin olsa da texniki nəzarət vasitələrinin də zamanla yenilənməsi və müasirləşməsi qaçaqmalçılıqla mübarizədə imkanları genişləndirir. Texniki nəzarət vastələrinin köməyi ilə gömrük nəzarəti maksimum səviyyədə təşkil olunur.