Gömrük mal kodları

Malların gömrük nomenklaturası

Gömrük mal kodları, malların gömrük nomenklaturasının təsnifat obyekti beynəlxalq ticarətdə dövriyyədə olan bütün mallardır.

Belə ki, Xarici İqtisadi Fəaliyyət üçün malların vahid gömrük nomenklaturasına uyğun olaraq təsnifatı xarici iqtisadi fəaliyyət iştirakçıları üçün ən aktual məsələlərdən biridir. Birincisi, idxal/ixrac gömrük rüsumunun dərəcəsi və müvafiq olaraq ödəniləcək gömrük rüsumlarının miqdarı, mal və nəqliyyat vasitələrinə qeyri-tarif tədbirlərinin, qadağan və məhdudiyyətlərin tətbiqi, malların hansı gömrük mal kodlarına aid olacağından asılıdır.

İkincisi, bir məhsulu bu və ya digər təsnifat koduna aid etmək, çox vaxt malların texniki xüsusiyyətlərini, onun istehsal üsullarını və s. müəyyənləşdirməklə bağlı xüsusi texniki bilik və əlavə müayinə tələb edir.

Üçüncüsü, malların təsnifatının düzgünlüyü, eyni zamanda gömrük siyasətinin inkişafında istifadə olunan gömrük statistikasının obyektivliyinin artırılması və gömrük rəsmiləşdirilməsi, malların və nəqliyyat vasitələrinə nəzarətin həyata keçirilməsi üçün konkret tədbirlərin görülməsi baxımından da əhəmiyyətlidir.

Beləliklə də istər fiziki və ya hüquqi şəxslər, istərsə də gömrük bəyannaməçisi gömrük bəyannaməsini doldurarkən, yaxud mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatlar əldə edərkən, sadə dillə desək gömrük nomenklaturasına müraciət etməli və malların gömrük mal kodlarını dəqiq müəyyən etməlidir.

İstənilən şəxs malların gömrük nomenklaturasındakı gömrük mal kodlarını araşdırmaq, öyrənmək, mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatlar əldə etmək məqsədilə yaradılmış elektron portaldan sərbəst şəkildə istifadə edə bilər. Bunun üçün Elektron Hökumət Portalının (www.e-gov.az)  və ya  Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş  “Malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatlarln verilməsi”  xidmətindən istifadə etməklə mal nomenklaturası ilə işləmək və mallara tətbiq olunan tarif dərəcələri barədə məlumatıar əldə edə bilirlər. Xidmətdən istifadə etmək üçün elektron imza, asan imza və ya hər hansı parol prosedurları tələb olunmur.

Xidmətdən istifadə etmək üçün www.e-gov.az saytına daxil olmaqla “Bütün xidmətlər” bölməsi seçilir:

2-ci addımda ölkə üzrə fəaliyyət göstərən elektron xidmətlərin ümumi siyahısından «Qurumlar» bölməsindən “Dövlət Gömrük Komitəsi” seçilir:

3-cü addımda isə “Malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatlarln verilməsi” xidməti seçilir (Şəkil 1):

Şəkil 1.

“Malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatlarln verilməsi” xidməti seçildikdən sonra xidmətlə işləmək üçün aşağıdakı səhifə açılır  (Şəkil 2):

Şəkil 2

Bu xidmətlə azərbaycan, rus və ingilis dillərində işləmək mümkündür. Təlimat azərbaycan dilində işləmək variantı üçün yazılır, digər dillərdə də analoji qaydada işləmək olar. Bildiyiniz kimi mal nomenklaturası 97 qrupdan ibarətdir və açılmış ilk səhifədə bütün qruplar görünmür. Grupların hamısına baxmaq üçün ekranı aşaşı hərəkət etdirmək lazımdır. Hər hansı konkret qrup, mal mövqeyi və digər kodlara baxmaq üçün müvafiq nömrələrin qarşısında olan  işarəsinin üzərində dayanıb siçanın sol tərəfini sıxdıqda seçilmiş koda uyğun olan bütün məlumatlar görünəcəkdir (Şəkil 3):

Şəkil 3.

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında yalnız 10 rəqəmli mal kodlarınln tarif dərəcələri göstərilir. 10 rəqəmli mal kodunun üzərində dayanıb sağ yuxarı küncdə yerləşən “Gömrük ödənişləri” düyməsini sıxdıqda bu koda uyğun gömrük ödənişləri ekranda görünəcəkdir (Şəkil 4):

Şəkil 4.

Hər hansı konkret mal kodu üzrə məlumatlara baxmaq üçün malın kodunu (aşağıdakı halda 34) “Malın kodu” qrafasına yazıb “Axtar” düyməsini sıxmaq lazımdır (Şəkil 4):

Şəkil 4.

Malın adına görə axtarış aparmaq üçün “Ətraflı axtarış” düyməsindən istifadə etmək lazımdır. “Ətraflı axtarış” düyməsini sıxdıqda aşağıdakı ekran görünür (Şəkil 5):

Şəkil 5.

“Adı” qrafasına malın adını yazıb “Axtar düyməsini sıxdıqda həmin mal adını özündə saxlayan bütün 10 rəqəmli mal adlarının siyahısı görünəcəkdir. Siyahının sağ aşağı küncündə axtarılan ada uyğun malların sayı göstərilir (Şəkil 6):

Şəkil 6.

Hər hansı mal kodunun qarşısında olan və 1-ci sütunda yerləşən düzbucaqlının üzərində dayanıb siçanın sol tərəfini sıxdıqda bu mala uyğun olan tarif dərəcələri görünəcəkdir (Şəkil 7):

Şəkil 7.

Şəkil 7-də kodu 2009895000 olan malın tarif dərəcələri göstərilmişdir.