biz-kimik

Biz, 2016-cı ildən etibarən Azərbaycanda gömrük təmsilçiliyi ilə məşğul olan ilk özəl şirkətlərdən biri kimi “SR Broker” MMC adı ilə fəaliyyətə başladıq. Qısa müddətdə uğur qazandıq, böyüdük və peşəkar işçi heyəti ilə hal-hazırda fəaliyyət göstərən  ən tanınmış  broker şirkətlərindən birinə çevrildik.

Belə ki, yeganə şirkət kimi bəyannaməçi heyətimiz tam şəkildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş gömrük rəsimləşdirilməsi üzrə mütəxəssislərin ixtisas attestatını əldə etmişdir.

Bu illər ərzində 350-dən çox hüquqi və fiziki şəxslərlə əməkdaşlığımızı davam etdiririk. Bizim əsas fərqimiz odur ki, biz sona qədər müştərimizin maraqlarını təmsil edir və mümkün risklərdən qoruyuruq. Bu səbəbdəndir ki, müştərilərimizlə işimizi koordinasiyalı şəkildə qururuq, bütün sənədləşmə və rəsmiləşdirilmə işlərini, o cümlədən yükaşırma işlərini əskiksiz və qüsursuz etməyə çalışırıq.

                     Biz təklif edirik:

  • Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi üzrə peşəkar məsləhətləşmələrini,
  • Xarici iqtisadi əməliyyatların düzgün rəsmiləşdiriməsinin dəstəklənməsini,
  • Xarici iqtisadi müqavilələrin hazırlanmasını,
  • Malların xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə kodlarının və müvafiq gömrük rüsumlarının müəyyən edilməsini,
  • Gömrük prosedurlarının həyata keçirilməsi işində yardımı,
  • Bu prosedurlar üzrə müvafiq ödənişlərin dəyərinin öncədən hesablanmasını,
  • İxrac və idxal əməliyyatlarının müvafiq gömrük orqanında rəsmiləşdirilməsini,
  • Digər gömrük prosedurlarında malların bəyan edilməsini,
  • Malların gömrük ekspertizasına təqdim edilməsini.