gomrük prosedurlari ve gomruk nezaretinin heyata kecirilmesi

Gömrük Prosedurları və Gömrük Nəzarətinin Həyata Keçirilməsi Mərhələləri

Gömrük nəzarəti dedikdə – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. Gömrük prosedurları zamanı şəxlər tərəfindən gömrük qanunvericiliyinin pozluması ehtimalının qarşısının alınması və qanunvericiliyin tələblərini yerinə yetirən xarici ticarət iştirakçılarının mənafeyinin qorunmasını təmin etmək gömrük orqanlarının əsas vəzifələrindəndir. Burdan belə anlamaq olar ki, hər hansı bir qanun […]

gomruk cerimeleri ve gomruk vergileri

Gömrük Cərimələri və Gömrük Vergiləri

Gömrük qaydaları əleyhinə olan hüquqpozmaların xarakterinə, ağırlıq dərəcəsinə, ictimai təhlükəliliyinə görə istər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində (37-ci fəsil) və istərsə də Cinayət Məcəlləsində təqsirkar şəxslər barəsində müvafiq olaraq inzibati tənbeh və cəza tədbirləri nəzərdə tutulmuşdur. Gömrük qanunvericiliyinin tələblərini pozan şəxslər barəsində qanunvericilikdə, eləcədə təcrübədə cərimələr növündə(bundan sonra Gömrük cərimələri) tənbeh və ya cəzalar tez-tez […]

gomruk temsilciliyi ve gomruk temsilcisi

Gömrük Brokeri Anlayışı, Gömrük Təmsilçiliyi və Gömrük Təmsilçisi

“Gömrük brokeri” anlayışı bir əsrdən artıqdır ki, xarici iqtisadi fəaliyyət sahəsində istifadə edilən anlayışlardandır. Əksər dünya ölkələrində mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi gömrük brokerlərinin iştirakı ilə aparılır. Gömrük qanunvericiliyinə əsasən gömrük sərhədindən keçirilən bütün malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üçün hər kəs eyni hüquqa malikdirlər, yəni hər kəs-istər fiziki şəxslər, istərsə də kommersiya […]

gomruk mal kodlari ve gomruk nomenklaturasi

Gömrük Mal Kodları, Gömrük Nomenklaturası

Gömrük mal kodları, malların gömrük nomenklaturasının təsnifat obyekti beynəlxalq ticarətdə dövriyyədə olan bütün mallardır. Belə ki, xarici İqtisadi Fəaliyyət üçün malların vahid gömrük nomenklaturasına uyğun olaraq malların təsnifatı xarici iqtisadi fəaliyyət iştirakçıları üçün ən aktual məsələlərdən biridir. Birincisi, idxal / ixrac gömrük rüsumunun dərəcəsi və müvafiq olaraq ödəniləcək gömrük rüsumlarının miqdarı, mal və nəqliyyat vasitələrinə […]

gomruk deyerinin hesablanmasi bundan basga gomruk rusumlarinin hesablanmasi

Gömrük dəyərinin və rüsumlarının hesablanması metodologiyası

Gömrük dəyəri – idxal və ixrac olunan mallara gömrük vergi və rüsumlarının, eləcə də gömrük yığımlarının tətbiq olunması üçün hesablanan dəyərdir – bazadır. Bu əsas təyinatdan başqa gömrük dəyəri birbaşa və ya dolayı yolla digər gömrük məqsədləri (gömrük statistikasının aparılması, valyuta nəzarətinin həyata keçirilməsi və s.) üçün də vacib əhəmiyyət kəsb edir. Ona görə də […]

gomruk resmilesdirilmesi

Malların Gömrük Rəsmiləşdirilməsi üzrə Mütəxəssis

Gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərin məcmusudur. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir: 1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə; 2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə; 3. malları […]

gomrük beyannamesi ve gomruk beyannamecisi

Gömrük bəyannaməsi, gömrük bəyannaməçisi

Gömrük bəyannaməsi malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə gömrük bəyannaməçisi tərəfindən həyata keçirilir. Gömrük bəyаnnaməsi — gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi üçün mаl və nəqliyyаt vаsitələri bаrədə məlumаtlаrın […]

“Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi: yeniliklər və üstünlüklər

Heç kəsə sirr deyil ki, uzun illər gömrük orqanlarında qeyri-şəffaflıq hökm sürmüş, nəticədə həm dövlət, həm də sahibkarlar bunun acı nəticələri ilə üzləşmişlər. Acınacaqlısı isə o idi ki, bütün qanunsuzluqlar hər kəsin gözü önündə baş verir və sanki “belə də olmalıdır” fikri formalaşdırılımışdır. Etdikləri yaramazlıqlara isə gətirdikləri ən “yağlı” arqument: “Biz bazarı tənzimləyirik” cümləsi idi. […]

Malın preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsinin bəzi mühüm nüansları

Malın mənşə ölkəsini təsdiq edən sənəd malın mənşə sertifikatı və ya malın mənşəyi haqqında bəyannamədir. Mənşə sertifikatı beynəlxalq ticarətdə gömrük rəsmiləşdirilməsi zamanı tələb edilən, idxal-ixrac əməliyyatlarının auditi zamanı diqqətlə araşdırılan sənədlərdən biridir. Malın mənşə ölkəsi dedikdə, malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunu […]

Gömrük brokeri kimdir?

Gömrük brokeri şirkəti gömrük məsələlərinin həlli üzrə ixtisaslaşmış hüquqi şəxsdir. Bildiyiniz kimi ölkənin gömrük sərhədindən keçən mallar gömrük rəsmiləşdirilməsinə tabedir və bu rəsmiləşdirilmənin həyata keçirilməsi əksər hallarda ixtisaslı gömrük brokerlərinə həvalə olunur. Belə ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslər tez-tez gömrük təmsilçiliyi xidmətlərinə ehtiyac duyurlar. Bu zaman gömrük brokeri ixrac olunan və ya idxal olunan […]