Haqqımızda

2016-cı ildən etibarən Azərbaycanda gömrük təmsilçiliyi ilə məşğul olan ilk özəl şirkətlərdən biri kimi “SR Broker” MMC adı ilə fəaliyyətə başladıq. Qısa müddətdə uğur qazandıq, böyüdük və peşəkar işçi heyəti ilə hal-hazırda fəaliyyət göstərən ən tanınmış broker şirkətlərindən birinə çevrildik.

Belə ki, yeganə şirkət kimi bəyannaməçi heyətimiz tam şəkildə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş gömrük rəsimləşdirilməsi üzrə mütəxəssislərin ixtisas attestatını əldə etmişdir.

Bu illər ərzində 350-dən çox hüquqi və fiziki şəxslərlə əməkdaşlığımızı davam etdiririk. Bizim əsas fərqimiz odur ki, biz sona qədər müştərimizin maraqlarını təmsil edir və mümkün risklərdən qoruyuruq. Bu səbəbdəndir ki, müştərilərimizlə işimizi koordinasiyalı şəkildə qururuq, bütün sənədləşmə və rəsmiləşdirilmə işlərini, o cümlədən yükaşırma işlərini əskiksiz və qüsursuz etməyə çalışırıq.

Biz təklif edirik:

  • Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi üzrə peşəkar məsləhətləşmələrini;
  • Xarici iqtisadi əməliyyatların düzgün rəsmiləşdiriməsinin dəstəklənməsini;
  • Xarici iqtisadi müqavilələrin hazırlanmasını;
  • Malların xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə kodlarının və müvafiq gömrük rüsumlarının müəyyən edilməsini;
  • Gömrük prosedurlarının həyata keçirilməsi işində yardımı;
  • Bu prosedurlar üzrə müvafiq ödənişlərin dəyərinin öncədən hesablanmasını;
  • İxrac və idxal əməliyyatlarının müvafiq gömrük orqanında rəsmiləşdirilməsini;
  • Digər gömrük prosedurlarında malların bəyan edilməsini;
  • Malların gömrük ekspertizasına təqdim edilməsini.

Missiyamız

Xarici ticarət iştirakçıları üçün ticarətin əsas həlqələrindən biri olan malların gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilmiş və effektiv həll yollarını təklif etmək, bununla da müştərilərimizin biznesinin inkişafına töhvə vermək. Ətraflı

Viziyonumuz

Bir iş adamının yolunun nə qədər çətin olduğunu, bir biznesin idarə edilməsinin məsuliyyətini anlayır və bilirik. Bizə idxal və ixrac əməliyyatlarının həyata keçirilməsi üçün müraciət edən iş adamlarının bu sahə ilə bağlı qayğılarınının nə dərəcədə əhəmiyyətli olduğunu başa düşürük. Ətralı

Komandamız

Aysun İmanova

Marketinq üzrə direktor müavini

Aytəkin Tağıyeva

Bəyanetmə şöbəsinin rəhbəri